MEDIA-nın saxta məlumatla bağlı açıqlaması

post-img

Medianın İnkişafı Agentliyinin “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlamasında deyilir: “X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb”.

Agentlik bununla əlaqədar həmin sosial şəbəkə platformasında məlumatın saxta olduğunu bildirib və paylaşım “X” sosial şəbəkə platformasından operativ qaydada silinib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni dövlət başçısının rəsmi veb-saytı və sosial şəbəkə hesabları, eləcə də informasiya agentlikləri vasitəsilə yayımlanır”.

XQ

Son xəbərlər