Quldurluq edənlər yaxalanıblar

post-img

Oktyabrın 3-də gecə saatlarında Nəsimi rayonu ərazisində bir nəfərin 380 manat pulunun quldurluq yolu ilə talanması barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Xəbəri DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər