Ceyhun Bayramov Nyu-Yorkda

post-img

Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyimiz çərçivəsində təşkil olunan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş qeyri-rəsmi nazirlər dialoqunda iştirak və çıxış edib.

XİN-dən redaksiyamıza bildirilib ki, nazirlər dialoqunda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil də iştirak və çıxış ediblər. Müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, COP29 üzrə danışıqçılar qrupları üzvlərinin də iştirak etdikləri dialoqda Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyi fəaliyyəti, prioritet və təşəbbüslərindən, habelə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırıması istiqamətində aparılan danışıqlar prosesindən ətraflı bəhs edib.

İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının prosesin ən vacib elementlərindən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə danışıqlarda iştirak edən bütün tərəfləri konstruktiv mövqe sərgiləyərək bəşəriyyətin qarşısında duran iqlim dəyişikliyi təhdidi ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsinə çağırış edib.

COP29 Sədrliyimizin 14 əsas təşəbbüs və bəyanla müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib. İqlimə əsaslanan inkişafın dəstəklənməsi yanaşmamızın, xüsusilə ən həssas təbəqələri nəzərə aldığı vurğulanıb.

Nazirlər dialoqu İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə müzakirələrin aparılması ilə davam etdirilib.

***

Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini, az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələri üzrə ali nümayəndəsi Rabab Fatima, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud, Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Mali Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop, Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə görüşlər keçirib.

Söhbətlərdə ikitərəfli münasibətləri inkişaf etdirk lə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

XQ

Son xəbərlər