Bakıda BPA İcraiyyə Komitəsinin 58-ci iclası

post-img

Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağı sentyabrın 29-dan oktyabrın 2-dək paytaxt Bakı şəhərində keçiriləcək. Dünən Heydər Əliyev Mərkəzində Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası olub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin mühüm tarixi nailiyyət olduğunu vurğulayan Baş prokuror ölkəmizin Assosiasiyanın işinə gələcəkdə də önəmli töhfələr verəcəyini qeyd edib.

İclasda BPA-nın gələcək strategiyası və fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə olunub, bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbulu, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Yekunda Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik Konfransı və Ümumi Yığıncağının Sinqapurda, 31-ci İllik Konfransı və Ümumi Yığıncağının isə Səudiyyə Ərəbistanı Krallığında keçirilməsi barədə ilkin qərar qəbul olunub.

XQ

Son xəbərlər