Media üçün enerji seminarı

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə energetika sahəsi üzrə ixtisaslaşmış jurnalistləri bu sahə ilə əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş terminlərlə, eləcə də yeni qaydalarla tanış etmək məqsədilə seminar keçirilib.

Seminarı giriş sözü ilə açan EMTA-nın İdarə Heyə­tinin sədri Samir Axundov ölkəmizdə genişmiqyaslı enerji layihələrinin həyata ke­çirildiyini bildirib. O, dünya­da ənənəvi enerji resurslarının bərpaolunan enerji resursları ilə əvəzlənməsi prosesinin müasir dövrün əsas prioritet­lərindən biri olduğunu diqqətə çatdırıb. 

Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya na­minə həmrəylik ili” elan edil­diyini qeyd edən İdarə Heyəti­nin sədri bu ilin noyabr ayında Azərbaycanın vacib qlobal təd­birə – COP29-a evsahibliyi edəcəyini xatırladaraq Azər­baycanın təbliğində, aparılan islahatların həm ölkə, həm də beynəlxalq ictimaiyyətə çat­dırılmasında media nümayən­dələrinin əhəmiyyətli rolunun olduğunu deyib.

MEDİA-nın İcraçı di­rektorunun müavini Natiq Məmmədli bildirib ki, agent­lik sahəvi jurnalistikanın in­kişafının stimullaşdırılması məqsədilə müxtəlif qurumlar­la əməkdaşlıqda bir sıra tə­limlər, seminarlar və digər formatda tədbirlər təşkil edir. O, EMTA-nın bu istiqamətdə MEDİA ilə əməkdaşlığını və sözügedən seminarın təşkilini, ümumilikdə, energetika sahəsi üzrə ixtisaslaşan jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərəcək addım kimi qiymətləndirib.

Seminarda EMTA-nın Enerji sahəsində liberallaş­dırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri El­mar Güləliyev və Bərpa Olu­nan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov “Azərbaycan Respublikasının elektroenergetika sektoruna baxış və “yaşıl” enerjiyə ke­çid”, EMTA-nın enerji tən­zimləmə və monitorinq depar­tamentinin direktoru Pərviz Əliyev isə “Tikinti obyektlə­rinin elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması” möv­zusunda təqdimatlarla çıxış ediblər.

Sonda media nümayən­dələrinin sualları cavablandı­rılıb, maraq doğuran məsələlər ətrafında geniş müzakirə apa­rılıb.

Son xəbərlər