Şəmkirdə kartof rekordu: 189 min ton!

post-img

Şəmkirdə kartof yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları bu günədək əkdikləri 6 min 598 hektar kartof sahəsinin 99,8 faizinin məhsulunu toplayıblar.

Nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Fermerlər qısa müddətdə 6583 hektar sahədən 189 min ton kartof toplayıblar. Hər hektardan 286,5 sentner məhsul əldə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev kartof əkən fermer­lərlə görüşüb, məhsul yığımının nəticələri ilə maraqlanıb.

Başçıya bildirilib ki, bu il hər hektar­dan toplanan məhsul nəzərdə tutulandan artıqdır, məhsuldarlıq yüksək səviyyədə­dir. Onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar. 

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Son xəbərlər