Oğurluq faktları ilə bağlı araşdırma aparılır

post-img

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da rayon ərazisində bir nəfərin içərisində 14900 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən R.Aslanov müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti verib.

Binəqədi rayonunda evlərin birindən 4000 manat pul oğurlanıb. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Balaxanı qəsəbəsində isə bir evdən 3150 manat, 1900 ABŞ dolları və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Əhmədli müəyyən olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər