Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanda keçirilən futbol üzrə “Ulduz Cup” turnirində iştirak edən ŞKTC-nin 12 yaşadək futbolçulardan ibarət yeniyetmələr komandasının futbolçularını və məşqçi heyətini qəbul edib.
E.Tatar gənc futbolçulara müraciət edərək U12 komandasının turnirdə iştirakını “tarixi hadisə” adlandırıb. O, Azərbaycan ilə ŞKTC arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin şəxsi töhfəsini xüsusi qeyd edib.
“Müstəqil Türk Kipri xaricdə, qardaş Azərbaycanda uğurla təmsil olunub. Buna görə səmimi minnətdarlığımı bildirirəm”, - deyən ŞKTC Prezidenti Qubada keçirilən turnirin U-12 komandası üçün idman təcrübəsi əldə etmək üçün əla fürsət olduğunu diqqətə çatdırıb.
XQ