Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissi­yasının (MSK) növbəti iclası keçirilib.

MSK-nın sentyabrın 10-da keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə MSK üzvlərinin müzakirəsindən sonra 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri, eləcə də 22 saylı Nəsimi - Ya­samal seçki dairəsinin 2, 14 və 20 saylı seç­ki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub.

MSK seçkilərlə əlaqədar daxil olan müraciətlərin, müxtəlif mənbələrdən alınan məlumatların tam şəffaf, qərəzsiz və təfsi­latı ilə diqqətlə araşdırılması istiqamətində­ki qərarlılığını bir daha bəyan edib.

Sonda cari məsələlərə baxılıb.

Son xəbərlər