Oğurluq edənlər ələ keçib

post-img

Yasamal rayonu ərazisindəki marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər. Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.   

Qobu qəsəbəsində “Toyota” markalı avtomobildən 600 manat, Atyalı qəsəbəsi ərazisində isə “Nissan” markalı avtomobildən 2950 manat pul, yanğın söndürən balon, təkər dolduran kompressor və təmizlik vasitələrinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən B.Dadaşov müəyyən olunaraq saxlanılıb.

 Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə sentyabrın 9-da Qobu qəsəbəsi ərazisində bir qadının çantasından 3500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 38 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər