Bakı Təşəbbüs Qrupunun dünya qurumlarına məktubu

post-img

Bakı Təşəbbüs Qrupu 2024-cü il sentyabrın 3-də Bakıda keçirilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb.

Məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilib və bunun beynəlxalq hüququn pozuntusu olduğu bildirilib.

Məktubda qeyd olunur ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü ol­masından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Həmçinin Fran­sa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi bey­nəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır.

Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qo­runması məqsədilə bu qurumların daxilin­də müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb.

Son xəbərlər