Ordu bölmələrinin döyüş hazırlığı

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzə­yev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

Məruzə edilib ki, bölmələrdə gü­nün nizam qaydalarına uyğun sutka­boyu döyüş növbətçiliyi yüksək səviy­yədə təşkil olunur və fasiləsiz xidmət aparılır.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluq­çuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib. General-polko­vnik Z.Həsənov xidməti-döyüş fəaliy­yətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

XQ

Son xəbərlər