Hərbi hissədə intihar

post-img

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldür­məsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublika Hərbi Prokuror­luğundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsa­sında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokuror­luğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib:

"Fakt üzrə Şəmkir hərbi prokurorlu­ğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəl­dilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qa­nunvericiliyin tələblərinə uyğun olaraq bü­tün tədbirlərin görülməsi təmin olunacaq".

XQ

Son xəbərlər