MDB PA-nın müşahidəçiləri Konstitusiya Məhkəməsində

post-img

Dünən Konstitusiya Məhkəməsində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib. 

Qonaqlara seçki prosesində Konstitusi­ya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, cəmiyyət və hüquqi dövlət inki­şaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir. 

Sədr, həmçinin görüş iştirakçılarına Konstitusiya Məhkəməsinin növbədənkə­nar parlament seçkiləri ilə bağlı Azərbay­can Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib. 

Qonaqlar bildiriblər ki, növbədənkənar parlament seçkiləri ərəfəsində ümumi pro­sesi daha dərindən öyrənmək üçün Kons­titusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavi­ni, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin və digər rəsmi nümayəndələr onları maraqlan­dıran bir sıra suallar ətrafında fikir müba­diləsi aparıblar. 

XQ

Son xəbərlər