Bəhreynli rəssamların Bakı sərgisi

post-img

Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondu rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

Mərasimdə Heydər Əliyev Fondu­nun vitse-prezidenti Leyla Əliyeva, Azər­baycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiya­çı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnun­luğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir. Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlə­rini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

“Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əmək­daşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir: “Bəhreynin müasir in­cəsənət nümunələrinin ümumi mənzərəsi­nin Bakıda canlandırılmasından məmnun­luq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.

XQ



Son xəbərlər