Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar avqustun 31-i Azərbaycanda “sükut günü”dür. Həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsverməyə 24 saat qalmış dayandırılmalıdır.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat prosesi 2024-cü il avqustun 9-da başlanıb və bu proses avqustun 31-i saat 8:00-da dayandırılır. Həmin günə “sükut günü” də deyirlər.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Milli Məclisə 125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq.