Prezident İlham Əliyevin sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatının daha da inkişafı məqsədilə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyini bildirib.
Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb.
Nazirlik sistemində çalışan 9 nəfərin dövlət başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan nazir göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra təltif edilmiş əməkdaşlara medal və vəsiqələr təqdim olunub.
XQ