Köməksiz vəziyyətdə qalmış 9 nəfər xilas edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 7 nəfərin liftdə, eləcə də Səbail, Binəqədi və Abşeron rayonlarının hər birinin ərazisində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

Xəbəri nazirliyin mətbuat xidməti yayıb. 

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər