50 kiloqramdan artıq narkotik vasitə götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 40,9 kiloqrama yaxın marixuana, 10 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolundan ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər