Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin verdiyi məlumata görə, avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir.
Avqustun 24-də və 25-də əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ