Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa-quruculuq işləri həyata keçirir.
Qurumun Qarabağ Regional Qaz İstismarı İdarəsinin Xankəndi xidmət sahəsi üzrə rəis müavini Vasif Məsimovun mediaya bildirdiyinə görə, artıq, ümumilikdə, 41 min metr yeraltı qaz kəmərləri yoxlanılıb və “mavi yanacaq” veriləcək binalarda sınaq işlərinə başlanılıb.
Rəis müavini daha sonra qeyd edib ki, antiterror əməliyyatları zamanı qaz kəmərlərinin zədələnmiş hissələri gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qaynaq vasitəsilə bağlanıb.
XQ