İrandakı səfirimiz İƏT-nin yeni baş katibi ilə görüşüb

post-img

Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda qurumun yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Bu barədə səfir “X” sosial şəbəkəsində­ki səhifəsində məlumat verib.

“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin ro­lunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apar­dıq”, – Ə.Əlizadə yazıb.

XQ

Son xəbərlər