Mərakeşin milli bayramı – Taxt-Tac Günü münasibətilə iyulun 30-da Bakıda rəsmi qəbul təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.
Ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışan Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş qeyd edib: “2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 faiz azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr sırasında yer alır. Buna görə də Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir və Azərbaycana uğurlar arzulayır”.
Sonra çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verdiyini, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu söyləyib.
XQ