“Security operation services” Məhdud Məsuliyyətli Cəmiyyət (SOS) Milli Mətbuatın 149-cu ildönümü münasibətilə bir qrup media işçisini mükafatlandırıb.
SOS-un direktoru Anar Məmmədov media nümayəndələrini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edib. O, SOS təşkilatı ilə əməkdaşlıq edən, mühafizə, təhlükəsizlik işinin marifləndirilməsində əməyi olan media təmsilçilərinə mükafatlar və xatirə hədiyyələri təqdim edib.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mədəniyyət TV-nin baş direktori Dilarə Səlim, BDU-nun professoru Qulu Məhərrəmli, Baku TV-nin redaktoru, Rakus.az saytının rəhbəri Əsgər İbrahimov, Azərbaycan Dövlət Televiziyasının rejissoru Şirzad Səmədov, SOCAR-ın əməkdaşı Əsəd Məmmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik ediblər. Mükafata layiq görülənlər isə verilən dəyərə görə minnətdarlıq ediblər.
XQ