“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görülüb

post-img

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar Departamentinin rəhbəri Sami Əlhaca BAMF-ın fəxri mükafatının təqdimetmə mərasimi keçirilib.

Ömrünün 7 ilini Quantanamo həbsxanasında ağır məhbus həyatı ya­şamış “Əl-Cəzirə”nin əfsanəvi jurnalis­ti Sami Əlhaca bu mükafat BAMF ilə “Əl-Cəzirə” Media Şəbəkəsi arasındakı çoxillik əməkdaşlığın inkişafına və re­giondan obyektiv informasiyanın bey­nəlxalq miqyasda yayılmasına göstərdiyi xüsusi xidmətlərinə görə təqdim olunub.

Məlum olduğu kimi, 2019-cu ildə BAMF “Əl-Cəzirə” ilə birlikdə Azərbaycan haqqında 5 unikal təqdimat filminin ha­zırlanmasının əsas təşkilatçısı olub. Qa­rabağın azadlığı uğrunda 44 günlük mü­haribə zamanı “Əl-Cəzirə” media heyətini müşayiət edən BAMF döyüş bölgələrin­dən 42 reportajın hazırlanmasında iştirak edib. Həmçinin düşmənin təxribat-terror­çu fəaliyyətinə dair ilk beynəlxalq hesa­batı 4 dildə hazırlayaraq dünya ictimaiy­yətinin diqqətinə çatdırıb.

XQ

Son xəbərlər