“Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası

post-img

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyi­nin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, layihənin həyata keçirilmə­sində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciət­lərin araşdırılması, vətəndaşların konsti­tusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qru­pu üzvlərinə metodiki köməyin göstəril­məsi, məlumatlarının artırılması və peşə­karlıqlarının daha da təkmilləşdirilməsidir.

Seçki Məcəlləsi və Mərkəzi Seç­ki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça­da seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qə­rar layihələrinin hazırlanması prosedurla­rı aydın və müfəssəl şəkildə əks olunub.

“Ekspert qrupunun üzvləri üçün yad­daş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Ko­missiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.

Son xəbərlər