“Azexport”un “Payoneer”lə alış-verişi

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir.

İİTKM-dən redaksiyamıza verilən məlumatda bildirilir ki, bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçiri­lib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb. Mü­zakirələrin nəticəsi olaraq “Payoneer” tərəfindən Azərbaycan üzrə menecer təyin edilib. “Payoneer” və “Azexport” portalının birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli üzrə konkret addımların atılması nəzərdə tu­tulub. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.

Qeyd edək ki, bundan əvvəl “Payo­neer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərhələlərdə çətin­lik yaşayan istifadəçilər dəstək üçün “Azexport” portalı vasitəsilə təşkilata mü­raciət edə bilərlər.

İqtisadiyyat