Müşahidəçilər üçün təlim

post-img

İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.

YAP-dan bildiriblər ki, təlim zamanı seçki prosesində müşa­hidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı iza­hat və məlumat verilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mü­vafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.



Son xəbərlər