Mərkəzi Seçki Komissiyasında müşavirə

post-img

Mərkəzi Seçki Komissiyası sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seç­kilərin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçiril­məsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maariflən­dirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı kampa­niyaya start verib.

Azərbaycan Respublikası Preziden­tinin müvafiq Sərəncamı ilə təsdiq edil­miş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” rəhbər tutulmaq­la hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarif­ləndirmə proqramına uyğun olaraq, iyu­lun 10-da ilk tədbir – ölkə üzrə bütün da­irə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.

MSK-nın sədri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seç­kilərin təyin edilməsi haqqında Sərən­cam imzalayıb. Sərəncamla altıncı ça­ğırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edi­lib. Seçkilər təyin oldunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK fəaliyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimailəşdirilib. MSK təq­vim planına uyğun olaraq işlərini qurur. 

M.Pənahov ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərin əlamətdar hadisə olduğunu deyib. O qeyd edib ki, dövlə­timizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respub­likasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunan müşavirə MSK-nın bütün maarifləndirmə layihələ­rinin fövqündə dayanır.

O, xüsusilə vurğulayıb ki, ölkə rəh­bərliyinin ciddi mövqeyi, möhkəm siya­si iradəsi və seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, maddi-tex­niki bazasının gücləndirilməsi üçün bö­yük diqqət və qayğısı seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtlən­dirən ən mühüm amillərdir. M.Pənahov bütün bunlara görə Mərkəzi Seçki Ko­missiyası və on minlərlə aşağı seçki ko­missiyası üzvləri adından ölkə rəhbərli­yinə bir daha minnətdarlığını ifadə edib.

MSK sədri diqqətə çatdırıb ki, həya­ta keçirilən uğurlu siyasət nəticəsində respublikada bərqərar olan möhkəm ictimai-siyasi sabitlik seçkilərin yük­sək səviyyədə hazırlanıb keçirilməsinə hərtərəfli imkan yaradır. Azərbaycanda dairə və məntəqə seçki komissiyaları üçün yaradılan şərait yüksək səviyyədə olduğunu diqqətə çatdıran M.Pənaho­vun sözlərinə görə, parlament seç­kilərinin keçirilməsi üçün ölkədəki 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində seçicilərin səsverməsi üçün bütün lazımi şərait yaradılır. 

“Cari il fevralın 7-də prezident seç­kiləri müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində keçirildi. Biz bu seçkiləri “Zəfər seçkisi” adlandır­dıq. Sentyabrın 1-də keçiriləcək par­lament seçkilərində də işğaldan azad edilmiş bölgələrdə yaşayan vətəndaş­lar ilk dəfə səs verəcəklər. Qeyd edim ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində işğaldan azad olunmuş bölgələrdə daimi əsaslarla 26 seçki məntəqəsi yaradılmışdı. Eyni zamanda, müvəqqəti əsaslarla yaradı­lan məntəqələrimiz də var idi. Ümumi­likdə işğaldan azad edilmiş ərazilərdə 47 məntəqə fəaliyyət göstərirdi. Par­lament seçkilərində həmin bölgələrdə məntəqələrin sayı kifayət qədər arta­caq”, - deyə MSK sədri bildirib. 

M.Pənahov diqqətə çatdırıb ki, Seç­ki Məcəlləsinin tələblərinə görə, bey­nəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qu­rum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiya­sıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN ali müşahidəçiləri dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir. O bildirib ki, geniş coğrafiyanı əhatə edən beynəlxalq müşahidəçilər üçün dəvətlər göndərilir.

“Azərbaycan yeganə ölkədir ki, seç­kilərdə media subyektlərinin nümayən­dələri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması pro­sesində sərbəst şəkildə iştirak edirlər”, - deyə Məzahir Pənahov fikirlərini ye­kunlaşdırıb. 

Azərbaycan Respublikası Prezi­dentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasının Milli Məc­lisinə seçkilərin hazırlanması və keçiril­məsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edərək 2024-cü il sentyabrın 1-də keçi­riləcək növbədənkənar parlament seç­kilərini ölkəmizin ictimai-siyasi həyatın­da ikinci ən böyük mühüm hadisə kimi dəyərləndirib. Prezidentin köməkçisi vurğulayıb ki, bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində layiqli na­mizədinə səs verib və fevralın 7-də keçi­rilmiş prezident seçkiləri müstəqil Azər­baycanın tarixinə qızıl hərflərlə yazılıb.

Zəfərdən sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərdə böyük miqyas­da bərpa və quruculuq işlərini apardı­ğını, insanların doğma torpaqlarına qa­yıtdıqlarını bildirən Z.Nağdəliyev deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, parlament seçkilərinin mütəşək­kil qaydada, azad və şəffaf şəkildə keçi­rilməsi təmin edilməlidir.

“Milli Məclisə seçkilərin yüksək sə­viyyədə keçirilməsi prosesində hər biri­mizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin olun­masıdır”, - deyə o qeyd edib. 

Prezidentin köməkçisi bildirib ki, iş­ğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yer­lərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlandıqlarını diqqətə çatdıran Z.Nagdəliyev komissiyaların binalarının hər cür lazımi şəraitlə təmin olunmasının vacibliyini bildirib. Prezi­dent Administrasiyasının şöbə müdiri 2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirildi­yini və əldə edilmiş uçot məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdı­rıb. Bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləş­dirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.

Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayının xeyli artdığını qeyd edən Z.Nağdəliyev seçkilərədək seçi­cilərin siyahısının dürüstləşdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin deyib ki, avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdiril­məsi başa çatdırılacaq. 

Prezidentin köməkçisi seçki komis­siyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı hal­da müvafiq ünvanlara müraciət etsinlər.

“Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki hüququ­nun realizə mexanizmləri” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, seçki prosesi dinamik və inkişaf edən prosesdir. Seçki demokratik cəmiyyə­tin mühüm amillərindən biridir. Müa­sir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfin­dən qəbul edilmiş Konstitusiyada əksini tapıb.

Seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsinin əsas amillər­dən biri olduğunu qeyd edən Konstitu­siya Məhkəməsinin sədri vurğulayıb: “Seçki prosesində məhkəmələrin iştira­kını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edil­məsində maraqlıdır. Qanuna riayət et­mək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir”. 

Baş prokurorun birinci müavini El­çin Məmmədov “Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunve­riciliklə müəyyənləşdirilmiş məsuliyyət tədbirləri” mövzusunda fikirlərini bö­lüşərək seçki prosesində prokurorluq orqanlarının fəaliyyətindən danışıb və maarifləndirmə tədbirlərinin əhəmiyyə­tini qeyd edib.

“Seçki Məcəlləsinin tələblərinə uy­ğun olaraq, seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunurlar. Bunun üçün konkret qayda və norma­lar var. Məcəllənin 112-ci maddəsinə uyğun olaraq seçicilərin və namizədlə­rin seçki hüquqlarının pozulduğu halda müvafiq quruma şikayət etmək hüququ var”, - deyə o bildirib.

Baş prokurorun birinci müavini bildi­rib ki, Cinayət Məcəlləsinə uyğun ola­raq, seçki prosesinə maneə yaradanlar məsuliyyətə cəlb edilirlər.

“İnanırıq ki, Azərbaycan vətən­daşları növbədənkənar parlament seçkilərində fəal iştirak edərək layiqli namizədlərinə səs verəcəklər”, - deyə E.Məmmədov diqqətə çatdırıb. 

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ədliyyə orqanları­nın rol və vəzifələri” mövzusunda fikir­lərini bölüşən ədliyyə nazirinin müavini Abiddin Hüseynov vurğulayıb ki, sent­yabrın 1-nə təyin olunan növbədənkə­nar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərin­də keçirilməsidir. 

Nazir müavini bildirib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi məsələsi qarşımızda mühüm vəzifələr qoyur. Prosesdə ədliyyə orqanlarının vəzifələrindən danışan A.Hüseynov seçkilərdə vətəndaşların fəal iştirakını qeyd edib. Bildirib ki, nazirliyin seçki prosesində vəzifələrindən biri də peni­tensiar müəssisələrdə olanların seçki prosesində iştirakının təmin edilməsi­dir. Onun sözlərinə görə, Azərbaycan­da penitensiar müəssisələrdə cəza çəkən məhkumların səsvermə hüququ tam təmin edilir. 

“Penitensiar müəssisələrdə keçi­rilən seçkilər təlimata uyğun aparılır və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar”, - deyə o bil­dirib. Seçki siyahılarının dürüstləşdiril­məsində Ədliyyə Nazirliyinin də iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi doğum və ölüm faktları ilə məlumatların dəqiqləşdirilməsi məsələsinə toxunub. Qeyd edib ki, məlumatlar Səhiyyə Na­zirliyi ilə əlaqəli şəkildə reyestrdə yox­lanılır. 

Nazir müavini qeyd edib ki, notariat ofisləri də seçki prosesində sənədlərin təsdiqlənməsi və digər aidiyyəti proses­lərdə iştirak edir.

Müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesi ilə bağlı söhbət aparıb və tövsiyələrini verib.

XQ



Son xəbərlər