Dəmiryolçularımız BAM-ın yubiley şənliyində

post-img

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi iyulun 8-də Rusiya Federasiyasının Tında şəhərində Baykal-Amur Magistralı (BAM) layihəsinin 50 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak edib.

ADY-dən bildirilib ki, tədbirdə Rusi­ya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov, “BAM Birliyi” ictimai təşkilatının prezidenti Yefim Basin və digər MDB ölkələrinin dəmir yol­ları administrasiyalarının rəhbərləri də iş­tirak ediblər.

Tədbirdə çıxış edən ADY sədri Röv­şən Rüstəmov BAM veteranlarını layihə­nin həyata vəsiqə qazanmasının 50 illiyi münasibətilə təbrik edib və ulu öndər Heydər Əliyevin BAM-ın inşasına verdi­yi əvəzsiz töhfələri vurğulayıb. O bildi­rib ki, Heydər Əliyev layihənin ən çətin mərhələlərinin inşasına rəhbərlik edib və layihənin gedişatında dönüş nöqtə­si yaradıb: “Nəqliyyat kuratoru olaraq Ulu öndərin rəhbərliyi ilə BAM-ın inşası qısa müddətdə sürətləndirildi, resurslar səmərəli şəkildə təchiz olundu və infrast­rukturun inkişafına xüsusi diqqət yetirildi. BAM-ın inşasında Heydər Əliyevin rolu əvəzsizdir və hazırda Anqoya stansiya­sının Ulu öndərin adını daşıması onun misilsiz xidmətlərinə göstərilən diqqətin təzahürüdür”.

Rövşən Rüstəmov azərbaycanlı mütəxəssislərin Ulkan və Anqoya stan­siyalarının tikintisində önəmli rolunu qeyd edib: “Azərbaycanlı mühəndis və işçilər yüksək peşəkarlıq və fədakarlıq göstərərək bu stansiyaların inşasında mühüm rol oynayıblar. Onların əməyi sayəsində bu strateji obyektlərin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb”.

Tədbir çərçivəsində çıxış edən di­gər qonaqlar da ümummilli lider Heydər Əliyevin layihənin inşasında xüsusi xid­mətlərini vurğulayıb, Ulu öndərin xatirəsi­ni minnətdarlıqla anıblar.

Daha sonra tədbir iştirakçıları BAM muzeyini, “BAM-ın inşaatçıları” abidəsi­ni, Tında şəhərində yerli mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İxtisa­sartırma Tədris Mərkəzini ziyarət edib və yeni texnologiyalarla tanış olublar.

Qeyd edək ki, BAM keçmiş SSRİ-nin ən böyük infrastruktur layihələrindən biri olmaqla, Baykal gölü ilə Amur çayı ara­sında dəmir yolu nəqliyyatını təmin edən mühüm strateji layihədir. Bu magistral şi­mal bölgəsinin inkişafını sürətləndirmək, iqtisadi əlaqələri gücləndirmək və yeni sənaye mərkəzlərinin yaradılmasını tə­min etmək məqsədilə inşa olunub. BAM-ın ümumi uzunluğu təxminən 4324 kilo­metrdir və bu magistral Baykal gölündən başlayaraq Amur çayının sahillərinə qə­dər uzanır. Layihə çərçivəsində 200 stan­siya və çoxsaylı körpülər, tunellər tikilib. Layihənin inşasında keçmiş sovet res­publikalarından on minlərlə işçi, o cüm­lədən, yüzlərlə azərbaycanlı mütəxəssis iştirak edib.

XQ

Son xəbərlər