Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DIN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun yüksək rütbəli qulluqçuları birgə tədbir keçiriblər.
Tədbirdə general-mayor Elçin Məmmədov, Hərbi Prokurorluğun kadrlar şöbəsinin rəisi Elmir Süleymanlı, mətbuat xidmətinin rəhbəri Firad Əliyev və başqaları çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıblar. Çıxışçılar, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, qazanılan uğurlardan bəhs ediblər.
Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən söz açılıb. Sonda ağacəkmə aksiyasi keçirilib.