Baş prokuror vətəndaşlarla görüşüb

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.     

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də baş prokuror Kamran Əliyev Binəqədi Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Binəqədi rayonu və digər bölgələrdən olan vətəndaşlarını qəbul edib.

Qəbulda iştirak edən 46 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

XQ

 

Son xəbərlər