Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 304  Bakı şəhəri, 20 iyun 2024-cü il

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları”nın 8-ci hissəsinin birinci cümləsində “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 231 (Cild I) ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nın 4-cü hissəsinin birinci abzasının ikinci cümləsində “istehsal və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 207 (Cild I); 2024, № 1, maddələr 78, 116) ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.10-cu bənddə “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;

3.2. 2.14-cü bənddə “istehsalat və məişət tullantıları” sözləri “tullantılar” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2242 (Cild I) ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın 4.2.2-ci yarımbəndində “istehsalat və məişət tullantıları” sözləri “tullantılar” sözü ilə əvəz edilsin. 

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 71 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 324 (Cild I) ilə təsdiq edilmiş “Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”nın 2.10.2-ci yarımbəndində “, istehsalat və məişət tullantıları” sözləri “və tullantılar” sözləri ilə əvəz edilsin. 

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 137 (Cild I) ilə təsdiq edilmiş “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın 4.2.2-ci yarımbəndində “istehsalat və məişət tullantıları” sözləri “tullantılar” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları