İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa, Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsəndə qısa müddətə küləyin sürəti 13.9-20.7 metr/saniyə olacaq.
“Narıncı” xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Gəncə, Mingəçevir, Qobustanda isə küləyin sürəti saniyədə 20.8-28.4 metr təşkil edəcək. Lakin Ağdaş və Ucar rayonlarında küləyin sürətinin qısa müddətə güclənəcəyi və “qırmızı” xəbərdarlığa uyğun olaraq 30 metr/saniyəyə çatacağı ehtimal olunur”, - deyə G.Abbasova bildirib.