21 ailə də Şuşasına qovuşdu

post-img

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı 85 nəfərdən ibarət 21 ailəni də doğma Şuşasına qovuşdurub. 32 illik məcburi köçkünlüyünə son qoyulan sakinlərə təntənəli surətdə yeni mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Xatırladaq ki, indiyədək Şuşaya daimi yaşayış üçün 126 ailə (491 nəfər) köçürülüb və hamısı yeni tikilmiş binalarda mənzillə təmin edilib.

XQ

 

Son xəbərlər