Almaniyada media üçün COP29 təlimləri

post-img

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təşkilatçılığı ilə müxtəlif ölkələrdən olan jurnalistlər üçün təlimlər təşkil olunub.

COP29-a hazırlıq, o cümlədən iqlim mövzusunda jurnalistlərin təcrübələrinin artırılması məqsədilə keçirilən tədbirlərdə BMT Katibliyinin iqlim üzrə mütəxəssisləri iqlim mövzusunda məruzələrlə çıxış edirlər. 

Müxtəlif dillərdə təşkil olunan media təliminin ilk günündə BMT Katibliyinin iqlim üzrə xarici əlaqələr katibi Denis Popov iqlim üzrə danışıqların tarixi və indiki mərhələsi barədə ətraflı məlumat verib. Jurnalist və BMT-nin iqlim üzrə müşahidəçisi Anqelina Davidova “Ekologiya haqda necə maraqlı və effektli yazmaq olar?” və “BMT-nin iqlim konfranslarını işıqlandırarkən nəyi bilmək faydalı olar?” kimi mövzularda çıxış edib.

Təlimdə ekologiya və iqlim məsələlərini sosial şəbəkələrdə işıqlandırmaq kimi mövzular ətrafında müzakirələr aparılıb. İştirakçılar mətbuat konfranslarına da qoşulublar.

XQ

 

Son xəbərlər