Parisdən Bakıya COP29 veloturu

post-img

COP29 konfransına iqlimlə bağlı özlərinin 10  təklifini çatdırmaq üçün bir qrup velosipedçi Fransadan Azərbaycanın paytaxtı Bakıya yola düşəcək. 

Velosipedçilər tarixi iqlim sazişinin (COP21) imzalandığı Parisdən COP29-un keçiriləcəyi Bakıya 6,5 min kilometrlik yürüşə hazırlaşıblar. Velosipedçilər qrupu irəlilədikcə onlara Fransa şəhərlərindən, Niderlanddan, Almaniyadan, Bolqarıstandan, Türkiyədən və digər yolüstü ölkələrdən yeni iştirakçılar qoşulacaqlar.

Qrupun məqsədi istixana qazlarının tullantılarının azaldılması üçün velosiped sürməyin əhəmiyyəti barədə məlumatlılığın artırılması ilə yanaşı, iştirakçı ölkələrin iqlim planlarında bu idman növünü inkişaf etdirmək üçün COP29 tədbirində 10 konkret təklif təqdim etməkdir. Bu təklifləri dəqiqləşdirmək üçün marşrut  boyu əsas şəhərlərdə ekspertlər, birliklər və bələdiyyə nümayəndələri ilə görüşlər keçiriləcək.

İdeyanın tərəfdaşı “CycloTransEurope” bu maraqlı aksiyanı dəstəkləyib. Qurum Fransa Velosiped Turizm Federasiyasının üzvü olan bütün velosipedçiləri startda və mərhələlərdə qoşulmağa dəvət edib.

Velosipedçilər iyunun 15-də Parisdən  təntənə ilə yola salınacaq.

XQ

 

Son xəbərlər