Naxçıvanda mövqelərimiz atəşə tutulub

post-img

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ordumuzun bölmələri cavab tədbirləri görüb.

XQ

 

Son xəbərlər