Yanvar-may aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz artaraq 801,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 6,9 faiz artaraq 406,0 milyon manat təşkil edib.