Naxçıvanda “Qərbi Azərbaycana qayıdış”a növbəti dəstək

post-img

Ötən il Naxçıvanda keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresi hərəkata geniş ümumxalq dəstəyi qazandırmaqla yanaşı, yaddaşlarda unudulmaz izlər qoymuşdu. Bu il iyunun 21-22-də isə Şahbuz rayonunun Batabat yaylağında II “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək. 

Bu barədə jurnalistlərə açıqlama verən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, fes­tival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəni irs, tarixi keçmişimiz təbliğ edilə­cək. Festival-konqresdə Qərbi Azərbay­cana məxsus folklor nümunələri, mət­bəx, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olu­nacaq.

Rektor bildirib ki, festival-konq­res çərçivəsində iyunun 21-də qaçqın ailəsindən olan 2 gəncin toy məclisi də olacaq. Mərasim Qərbi Azərbayca­nın adət-ənənəsinə uyğun keçiriləcək. Festivalda Qərbi Azərbaycan kulinariya sərgisi də təşkil ediləcək, qədim diyarın 11 mahalını canlandıran çadırlar qurula­caq.

XQ

Son xəbərlər