Daxili İşlər naziri Yardımlıda

post-img

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbu­la gələn 264 vətəndaşın müraciətini din­ləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qə­bulla bağlı sıra baxışı keçirib.

21 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 92 nəfər seçim tu­runun növbəti mərhələsinə buraxılıb.

XQ

Son xəbərlər