Polis əməkdaşları avtomat, tüfəng və tapança təhvil götürüblər

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, mayın 22-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər də davamlı olaraq həyata keçirilir. Mayın 22-də əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 7 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər