Əlaqələndirmə Qərargahının Xankəndidə iclası

post-img

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçı­ları ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib­lər. Qərargah rəhbəri açılış nitqində bildirib ki, Ulu öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankən­didəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Res­publikası Prezidentinin Xüsusi Nümayəndə­liyinin yerləşdiyi bina da məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.

Qərargahın rəhbəri Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müd­rik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çat­dırıb.

Qərargahın rəhbəri bildirib ki, dövləti­mizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən, lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edil­diyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafi­kinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Dövlətimizin başçısının verdiyi tapşırıq­lara uyğun olaraq, işğaldan azad edilmiş əra­zilərdə müasir infrastrukturun yaradılması, o cümlədən, ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yana­şı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin la­yiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələ­rarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əra­zilərinə Böyük Qayıdışa dair I Dövlət Proqra­mı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin sti­mullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin tikintisi və işinin təşki­linə dair məlumatlar təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezi­dentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Prezidentin xüsusi nümayən­dəsi çıxış edib.

Qərargahın rəhbəri işğaldan azad olun­muş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayı­nın ümumilikdə 25 min nəfərdən çox olacağı­nı və növbəti illərdə bu rəqəmin getdikcə ar­tacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndiril­miş şəkildə icrasının vacibliyini xüsusi vur­ğulayıb.

İclasın sonunda Azərbaycan Respublika­sının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.

İclasdan sonra Xankəndi və Xocalı şəhər­lərində, həmçinin Əsgəran qəsəbəsində mü­vafiq ərazilərə və bir sıra obyektlərə baxış keçirilib.

Son xəbərlər