FHN-də Heydər Əliyevin 101-ci ildönümü qeyd edilib

post-img

Fövqəladə Hallar Nazirliyində müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskar oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib. Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Əvvəlcə, nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə nazir Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və FHN-in əməkdaşları iştirak ediblər.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının dahi rəhbərinə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.

 

P.ƏMİRCANOV

XQ



Son xəbərlər