Qırğızıstanda yaşayan soydaşımız, “Tazalık” bələdiyyə müəssisəsinin direktoru Ramiz Əliyev Bişkek şəhər bələdiyyəsi sədrinin müavini təyin edilib.
Bişkek şəhər bələdiyyəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bununla bağlı paytaxt bələdiyyəsinin sədri Aybek Cunuşaliyev sərəncam imzalayıb.
Məlumatda bildirilir ki, “Tazalık” müəssisəsindən əvvəl Ramiz Əliyev “Lokomotiv” idman-sağlamlıq kompleksinin rəhbəri, “Qırğız dəmir yolları” idarəsində idarə rəisi, həmçinin Qırğızıstanın maliyyə nəzarəti orqanlarında müxtəlif vəzifələrdə çalışıb. İşlədiyi bütün vəzifələrdə Ramiz Əliyev özünü vicdanlı və peşəkar kadr kimi göstərib və kollektivin hörmətini qazanıb.
Qulu Kəngərli,
XQ-nin xüsusi müxbiri
Bişkek