COP29 – qlobal çağırışlara birgə cavab

post-img

Azərbaycanın evsahibliyi edəcək COP29-a beynəlxalq vətəndaş cəmiyyətinin hazırlıq prosesi çərçivəsində LINKS – Avropa Fondu tərəfindən mayın 3-də Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib.

Konfransda BMT-nin, Avropa İttifaqının, həmçinin nüfuzlu qeyri-hökumət təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin iqlim üzrə baş danışıqçısı Hana Əl-Haşimi, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Almaniya Xarici İşlər Nazirliyinin Enerji üzrə xarici siyasət idarəsinin müdiri Markus Hiken çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə gələcəyin münaqişələri arasında ciddi qarşılıqlı əlaqənin olduğu bildirilərək, Azərbaycanın evsahibliyi edəcəyi COP29 çərçivəsində yeni qlobal çağırışlara birgə cavabların axtarılmasının vacibliyi qeyd olunub.

XQ

 

Son xəbərlər