Azərbaycanlı sənətçi beynəlxalq İstanbul konfransında

post-img

Tanınmış müsiqi ifaçısı, Əməkdar artist, Milli Konservatoriyanın dosenti Gülüstan Əliyeva İstanbulda Ümumdünya Səs Gününə həsr olunmuş konfransda ölkəmizi təmsil edib.

Beynəlxalq sənət məclisində soydaşımız “Operada klassik vokalın milli ifaçılıq üslubu ilə sintezi” mövzu­sunda məruzə ilə çıxış edib. Azərbaycan musiqiçisi səs sahəsindəki nailiyyətlər barədə panel müzakirələrində, seminarlar, tematik sessiyalarda və poster təqdimatla­rında da fəal iştirak edib.

Gülüstan Əliyeva səfərdən sonra XQ-yə bildirdi ki, ötən əsrin sonlarından hər il keçirilməyə başlanan Ümumdünya Səs Günü insan səsi fenomeninə və onun roluna həsr olunur. Məqsəd təbiətdə nadir hadisə olan insan səsini, səlis nitqi və musiqi ifaçılığını qorumaq, onunla bağlı sağlam həyat tərzini təşviq etməkdir.

Son xəbərlər