FHN “Milla Dairy” MMC-də təlim keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin iştirakı ilə Abşeron rayonunun Hökməli qəsəbəsində (Bakı-Şamaxı şossesinin 15-ci km-də) fəaliyyət göstərən “Milla Dairy” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

FHN mətbuat xidmətinin məılumatına görə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin Neftayirma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 12 nömrəli Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, təcili tibbi yardım briqadası tərəfindən “yaralılara yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub.

 

P.ƏMİRCANOV

XQ







Son xəbərlər