MDB PA-nın model qanun müzakirəsi

post-img

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. 

MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda parlamentarilər VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsinə dair tövsiyələrin layihəsi və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparıblar. Həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təkliflər nəzərdən keçirilib.

Tədbirin sonunda komissiyanın növbəti iclasının gündəliyi və tarixi müəyyənləşdirilib.

XQ

 

Son xəbərlər