ABŞ Dövlət Departamenti Cenevrədə “hərbi sövdələşmə”ni təkzib edir

post-img

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ–Avropa İttifaqı–Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusunu cavablandırıb. 

“Bu sənəd sırf dezinformasiyadır, təh­lükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüssel­də keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik. Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmiş Brüssel görüşün­də diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyac­larını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Er­mənistanda demokratiya və qanunun ali­liyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, - deyə Dövlət De­partamentinin mətbuat xidmətinin sorğu­ya cavabında qeyd olunub. 

Xatırladaq ki, Brüsseldə keçirilmiş ABŞ–Avropa İttifaqı–Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birinin ötən gün fotosu yayılıb. Azərbaycan ictimaiy­yətində geniş narahatlıq doğuran həmin fotodan da göründüyü kimi, üçtərəfli gö­rüşlə bağlı daha əvvəldən verilən açıq­lamaların əksinə, həmin sənəddə həm ABŞ-ın, həm də Avropa İttifaqının Ermə­nistana geniş hərbi dəstək göstərməsi əks olunub. AZƏRTAC məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu ün­vanlayıb.

Son xəbərlər